...

Cari ilin ilk 6 ayı ərzində Azərbaycanla Çin arasında investisiyaların həcmi artıb

İqtisadiyyat Materials 18 Sentyabr 2025 14:16 (UTC +04:00)
Cari ilin ilk 6 ayı ərzində Azərbaycanla Çin arasında investisiyaların həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin ilk 6 ayı ərzində Azərbaycanın iqtisadiyyatına Çindən gələn birbaşa xarici investisiyaların həcmi 13,6 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir

Məlumata əsasən, bu ötən ilin eyni dövri ilə müqayisədə 7,015 milyon dollar və ya 2,1 dəfə çoxdur.

Hesabata ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumu həcmində Çin investisiyalarının payı 0,4 faiz təşkil edib.

Öz növbəsində, Azərbaycan cari ilin ilk 6 ayında Çin iqtisadiyyatına 9,039 milyon ABŞ dolları həcmində investisiya qoyub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 milyon ABŞ dolları və ya 3,4 dəfə çoxdur. Azərbaycan investisiyalarının Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 0,7% təşkil edib. Beləliklə, Çin Azərbaycanın ən çox sərmaye qoyduğu ölkələr arasında 16-cı yer tutub.

Ötən ilin eyni dövründə Çindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 6,558 milyon ABŞ dolları, Azərbaycandan həmin ölkəyə investisiyaların həcmi isə 2,652 milyon ABŞ dolları olub.

2025-ci ilin ilk 6 ayında Azərbaycanın iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 3,222 milyard ABŞ dollarını ötüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 244,3 milyon ABŞ dolları və ya 8,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti