Bakı. Trend:
Bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatına sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, “Regional sülh və təhlükəsizlik” şüarı altında sammit olacaq.
Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.
“Keçiriləcək Sammit “Regional sülh və təhlükəsizlik” şüarı
altında baş tutacaq. Bu, təsadüfi deyil, çünki bölgəmizin sabitliyi
və təhlükəsizliyi bütün əməkdaşlıq təşəbbüslərimizin təməlini
təşkil edir.
Qlobal və regional proseslərin gərginləşdiyi bir zamanda Türk
Dövlətləri Təşkilatının vahid mövqedən çıxış etməsi, ortaq səylər
göstərməsi xüsusi əhəmiyyət daşıyır. Birgə addımlarımız
regionumuzda sülhün möhkəmlənməsinə, iqtisadi inkişafın
sürətlənməsinə və xalqlarımızın rifahına xidmət edəcək”, - deyə
Ə.Əsədov qeyd edib.