Bişkek. Trend:
Türk İnvestisiya Fondunun fəaliyyətini hökumət başçıları səviyyəsində daha da fəallaşdırmaq vacibdir.
Trend Qırğızıstanın prezident administrasiyasına istinadən xəbər verir ki, bunu Qırğızıstanın prezident Sadır Japarov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin görüşündə bildirib.
Japarov türk dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin aktiv şəkildə inkişaf etdiyini vurğulayıb. O, Türk İnvestisiya Fondunun iqtisadi inteqrasiyanın əsas aləti kimi əhəmiyyətini ayrıca qeyd edib.
“Əgər biz Təşkilatımızın inkişafını davam etdirmək istəyiriksə, real nəticələr verəcək konkret addımlar atılmalıdır. Siyasi iradə və dəstək ilə möhkəmləndirilmiş praktiki tədbirlər Təşkilatımızın beynəlxalq arenada mövqelərinin daha da güclənməsinə və nüfuzunun artmasına xidmət edəcək”, - deyə Japarov bildirib.
Prezident bir çox iqtisadi, infrastruktur və humanitar məsələlərin hökumət başçıları səviyyəsində uğurla çözülə biləcəyinə əminlik ifadə edib.
Öz növbəsində nümayəndə heyətlərinin rəhbərləri Qırğızıstan tərəfinin bu görüşü dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş vəzifələrin icrası üçün vacib platforma kimi təşəbbüsünü yüksək qiymətləndiriblər.
Görüşdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin TDT-nin Baş katibi Kubanıçbek Ömuralıyev iştirak ediblər.