...

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq - Əli Əsədov

İqtisadiyyat Materials 18 Sentyabr 2025 13:35 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.

“Nəqliyyat sahəsində əməkdaşlığımız artan xətlə inkişaf edir və regional əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Türk dövlətlərinin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır. Bu kontekstdə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi barədə bu yaxınlarda Vaşınqtonda əldə edilmiş razılaşmalar tarixi önəm kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizə inteqrasiya olunmaqla, onun ötürücülük qabiliyyətini artıracaq”, - deyə Baş nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti