Bakı. Trend:
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin avqust ayı ərzində ümumilikdə 1 956 902 müraciət qeydə alınıb. Bunlardan 41 733-ü stasionar, 1 915 169-ü ambulator olub.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, avqust ayında göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub.
"Belə ki, ay ərzində 7 917 064 tibbi xidmət göstərilib. Onlardan
960 871-i stasionar, 6 956 193-ü ambulator olub. Tibb
müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni
dövrü ilə müqayisədə 3 % artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator
xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 239 481 sayda
laborator müayinələr aparılıb ki, onların da 506 752-si stasionar,
2 732 729-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində
göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə
müqayisədə 8 % artım qeydə alınıb.
Avqust ayı ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 31
002 olub. Onlardan 28 690 stasionar, 2 312 ambulatordur",- əlavə
edilib.