...

UEFA Çempionlar Liqasında I tura bu gün yekun vurulacaq

İdman Materials 18 Sentyabr 2025 08:31 (UTC +04:00)
UEFA Çempionlar Liqasında I tura bu gün yekun vurulacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının I turunun son oyunları keçiriləcək.

Trend xəbər verir ki, gün ərzində ümumilikdə 6 görüş baş tutacaq.

Türkiyə təmsilçisi “Qalatasaray” səfərdə Almaniyanın “Ayntraxt” klubu ilə üz-üzə gələcək. “Barselona” isə İngiltərədə “Nyukasl Yunayted” komandasının qonağı olacaq.

Qazaxıstan təmsilçisi “Kayrat” səfərdə “Sportinq” qarşısında xal qazanmağa çalışacaq.

Günün mərkəzi oyunu isə Mançesterdə keçiriləcək. Burada yerli “Mançester Siti” İtaliya nəhəngi “Napoli” ilə qarşılaşacaq.

Qeyd edək ki, II turun oyunlarına oktyabr ayının 1-də start veriləcək.

"Brüqqe" - "Monako"
"Kopenhaqen" - "Bayer Leverkuzen"
"Ayntraxt" - "Qalatasaray"
"Mançester Siti" - "Napoli"
"Nyukasl Yunayted" - "Barselona"
"Sportinq" - "Kayrat"

Xəbər lenti

Xəbər lenti