...

ANAMA 5,4 milyon manatlıq nəqliyyat vasitələri sifariş edəcək

İqtisadiyyat Materials 18 Sentyabr 2025 08:57 (UTC +04:00)
ANAMA 5,4 milyon manatlıq nəqliyyat vasitələri sifariş edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) 40 ədəd nəqliyyat vasitəsi sifariş edəcək.

Trend-in məlumatına görə, satın alınacaq nəqliyyat vasitələrinin 15-i pikap-sərnişin tipli, 20-si minaaxtaran itlərin daşınması üçün pikap tipli, 25 ədədi isə pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitələridir.

Sözügedən nəqliyyat vasitələrinin 2025-ci il istehsallı olması isə əsas şərtlərdəndir.

ANAMA qeyd edilən nəqliyyat vasitələrinin satın alınmasının ümumilikdə 5,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Xəbər lenti

Xəbər lenti