...

Formula 1-lə bağlı sürücülərə müraciət: bu yollarla hərəkət edin

Cəmiyyət Materials 18 Sentyabr 2025 09:36 (UTC +04:00)
Formula 1-lə bağlı sürücülərə müraciət: bu yollarla hərəkət edin
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib.

Trend xəbər verir ki, müraciətdə bildirilib:

“Sabah başlayacaq “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər”.

Vurğulanıb ki, eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Qeyd edilib ki, bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti