...

Çin Nvidia çiplərinin satışını dayandırmağı tapşırıb

Dünya xəbərləri Materials 18 Sentyabr 2025 08:44 (UTC +04:00)
Çin Nvidia çiplərinin satışını dayandırmağı tapşırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin internet tənzimləyicisi ölkənin aparıcı texnologiya şirkətlərinə ən son RTX Pro 6000D də daxil olmaqla yüksək səviyyəli Nvidia çiplərini almağı dayandırmağı və mövcud sifarişləri ləğv etməyi tapşırıb.

Trend xəbər verir ki, bu qərar amerikalı istehsalçıya qarşı aparılan antiinhisar araşdırması ilə bağlıdır. Çin səlahiyyətliləri həmin addımı ABŞ ilə ticarət danışıqlarında təzyiq vasitəsi kimi istifadə edirlər. ABŞ bundan əvvəl Çin texnologiya sektoruna yeni tariflər tətbiq etmişdi.

Nvidia-nın qurucusu Censen Xuan qərardan məyus olduğunu bildirib, lakin tənzimləyicinin hərəkətlərinə “səbrlə” cavab verəcəyini vurğulayıb.
“Gedə bilmədiyimiz yerlər çoxdur, eybi yoxdur”, – o qeyd edib.

Xəbərin yayılmasından sonra Nvidia səhmləri sentyabrın 16-da hərracların bağlanışında 1,61% ucuzlaşaraq 174,88 dollar olub. Qiymət enişi sentyabrın 17-də səhər sessiyalarında da davam edib.

Qeyd edək ki, vəziyyət uzun müddətdir davam edən texnoloji qarşıdurmanın növbəti mərhələsi hesab olunur. 2022-ci ildə ABŞ qabaqcıl Nvidia prosessorlarının hərbi istifadə riski səbəbindən Çinə ixracını məhdudlaşdırmış, 2025-ci ilin aprelində isə Tramp administrasiyası H20 çiplərinin tədarükünə qadağa qoymuşdu.

Xəbər lenti

Xəbər lenti