Bakı. Trend:
Nərimanov rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir
zamanı paytaxt sakininə hədə-qorxu gələrək 3150 manat dəyərində
olan mobil telefonunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı
S.Hüseynli tutulub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, Xəzər rayonunda isə iki nəfər
polisə müraciət edərək evlərindən 3000 manat dəyərində şəxsi
əşyalarının və kompüterin talanması barədə polisə müraciət
ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən 38 V.Quliyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.