...

Minifutbol Çempionlar Liqası: Azərbaycan komandaları bərabərə qalıb

İdman Materials 18 Sentyabr 2025 04:30 (UTC +04:00)
Minifutbol Çempionlar Liqası: Azərbaycan komandaları bərabərə qalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan təmsilçiləri növbəti oyunlarını keçiriblər.

Trend xəbər verir ki, G qrupunda mübarizə aparan "Aznur" komandası ilk matçında Çexiya klubu "Hoverla Zak Praqa" ilə 1:1 hesablı heç-heçə edib.

F qrupunda isə "Birbaşa Bakı" Portuqaliyanın "Portu" komandası ilə qarşılaşıb. Görüşdə qol qeydə alınmayıb və matç 0:0 hesablı bərabərliklə başa çatıb.

Xatırladaq ki, "Birbaşa Bakı" günün əvvəlində keçirdiyi ilk oyununda Rumıniya təmsilçisi "Rımniku Vılça" üzərində 4:1 hesablı qələbə qazanmışdı.

Xəbər lenti

Xəbər lenti