Bakı. Trend:
Kanadanın “Aya Gold & Silver” şirkəti Mərakeşin şərqindəki Tingir əyalətində, əsas Bumedyen layihə qurşağının qərbində, Assiram sahəsində yeni qızılla zəngin yatağın aşkarlandığını elan edib.
Trend-in məlumatına görə, şirkət qazma nəticələrinin yüksək ehtimalla perspektivli ehtiyatların mövcudluğunu göstərdiyini təsdiqləyib.
Rəsmi açıqlamada bildirilib ki, yaxınlarda aparılan qazma əməliyyatları səkkiz kilometrdən çox uzanan qızıl tərkibli minerallaşma müəyyən edib. Səth nümunələri isə 1 tona 12,2 qram qızıl və 4,1 faiz mis konsentrasiyası göstərib.
Bu göstəricilər regionda geoloji kəşfiyyat üçün yeni perspektivlər açan “keyfiyyətli irəliləyiş” kimi qiymətləndirilib, – Mərakeşin “Akhbarona” onlayn qəzeti xəbər verib.