...

Ölkəmiz Katibliyin fəaliyyətinə dəstək məqsədilə 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb - Əli Əsədov

Siyasət Materials 18 Sentyabr 2025 14:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

TDT Dövlət Başçıları Şurasının 2025-ci ilin mayında Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşünün yekunu olaraq Katibliyin heyətinin və büdcəsinin artırılması ilə bağlı qəbul edilən qərarlar təşkilatımızın institusional güclənməsinə xidmət edir.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.

"Qeyd etməliyəm ki, keçən ilin iyul ayının 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti təşkilatın cari büdcəsinin və strukturunun ümumi hədəflərimizin reallaşdırılması üçün yetərli olmadığını bəyan etmişdir.

Ölkəmiz Katibliyin fəaliyyətinə dəstək məqsədilə 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.

Əminəm ki, bu dəstək təşkilatımızın işinə öz müsbət töhfəsini verəcəkdir.

Bizim əsas hədəflərimizdən biri qardaş ölkələrimizi iqtisadi və ticarət əlaqələri ilə daha sıx birləşdirməkdir.

Ortaq layihələrimiz, nəqliyyat-logistika təşəbbüslərimiz, enerji və sənaye əməkdaşlığımız, humanitar və mədəni layihələrimiz təşkilatımızı gələcəkdə daha da güclü edəcəkdir",- deyə Əli Əsədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti