Bakı.Trend:
Böyük Britaniyada üç nəfər Rusiyanın kəşfiyyat orqanlarına yardım etməkdə şübhəli bilinərək saxlanılıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın açıqlamasında qeyd olunur.
Məlumata görə, 41 yaşlı kişi və 35 yaşlı qadın Esseks qraflığının Qreys şəhərində, yaşadıqları ünvanda, 46 yaşlı başqa bir kişi isə Qreysdə fərqli ünvanda saxlanılıb.
Onların hər üçü 2023-cü il Milli Təhlükəsizlik Aktının 3-cü maddəsini pozaraq Rusiyanın xüsusi xidmət orqanlarına yardım göstərməkdə şübhəli bilinir və dindirilmələri məqsədilə Londondakı polis şöbəsinə aparılıblar.