Bakı. Trend:
Sentyabrın 19-dan 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron
yarımadasında, eyni zamanda əksər rayonlarda fasilələrlə şimal-qərb
küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Narıncı xəbərdarlığa uyğun olaraq isə Naxçıvan MR, Kəlbəcər, Gəncə,
Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar,
Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə,
Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin
sürəti 20.8-28.4 m/san-dək güclənəcək.