...

Vaşinqtonda Trampın qızıl heykəli ucaldılıb (VİDEO)

Dünya xəbərləri Materials 18 Sentyabr 2025 20:39 (UTC +04:00)
Vaşinqtonda Trampın qızıl heykəli ucaldılıb (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Kapitoliy binası qarşısında prezident Donald Trampın qızıl heykəli ucaldılıb.

Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.

Məlumata görə, qızıl heykəldə Ağ Ev rəhbəri gülümsəyərək əlində bitkoin sikkəsi tutan yerdə təsvir olunub.

Dörd metrlik heykəlin yaradılması investorların sponsorluğu ilə baş tutub.

Qeyd olunur ki, Trampın abidəsi yalnız bir günlüyünə ucaldılıb. Heykəlin gələcək taleyi açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti