...

Gürcüstan və Azərbaycan arasında investisiyaların həcmi artıb

İqtisadiyyat Materials 18 Sentyabr 2025 18:18 (UTC +04:00)
Gürcüstan və Azərbaycan arasında investisiyaların həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bişkek. Trend:

Cari ilin ilk 6 ayı ərzində Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 69,1 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 41,5 milyon dollar və ya 2,5 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstandan olan investisiyaların payı 2,1 faiz təşkil edib.

Azərbaycan isə öz növbəsində, cari ilin ilk 6 ayı ərzində Gürcüstan iqtisadiyyatına 77,1 milyon dollar sərmaye qoyub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 milyon dollar və ya 18,8 faiz çoxdur.

Azərbaycan investisiyasının Gürcüstanın birbaşa xarici investisiyalarının ümumi həcmindəki xüsusi payı 5,7 faizə bərabərdir. Beləcə, Gürcüstan Azərbaycanın ən çox sərmaye qoyduğu ölkələr sırasında beşinci yerdə qərarlaşıb.

2024-cü ilin ilk yarım ili ərzində Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 27,6 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 64,9 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti