...

İsrailin nəzarətində olan sərhəd məntəqəsində silahlı insident: 2 nəfər həlak olub

Dünya xəbərləri Materials 18 Sentyabr 2025 17:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qərb sahili ilə İordaniya arasında yerləşən, İsrailin nəzarətində olan sərhəd-buraxılış məntəqəsində silahlı insident baş verib, iki nəfər qətlə yetirilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İsrail tərəfi hadisənin təfərrüatları barədə məlumat vermir. “Magen David Adom” təcili yardım xidməti, 60 və 20 yaşlarında iki kişinin öldürüldüyünü, silahlı hücumu həyata keçirən şəxsin təhlükəsizlik qüvəvləri tərəfindən zərərsizləşdirdiyini bildirir.

Qeyd edək ki, təfərrüatları bəlli olmayan insident İsrailin Qəzza şəhərində irimiqyaslı əməliyyata hazırlaşması fonunda baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti