Bakı. Trend:
"Mançester Yunayted” “Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveşlə maraqlanır.
Trend xəbər verir ki, "Caught Offside"ın məlumatına görə, “qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim 28 yaşlı futbolçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirir. Səudiyyə klubu Neveşi qış transfer pəncərəsində 20 milyon avroya satmağa hazırdır.
2025/26 mövsümündə Neveş üç oyun keçirib və bir qol vurub. Onun “Əl-Hilal”la müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.