...

Ukraynada müharibəni həll etmək mənim öhdəliyimdir - Tramp

Dünya xəbərləri Materials 18 Sentyabr 2025 21:33 (UTC +04:00)
Ukraynada müharibəni həll etmək mənim öhdəliyimdir - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Çekersdə Britaniyanın Baş naziri Kir Starmer ilə keçirilən mətbuat konfransında Ukraynadakı müharibə ilə bağlı sualları cavablandırıb.

Trend xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin onu məyus etdiyini bildirib və yenidən vurğulayıb ki, əgər həmin vaxt ABŞ Prezidenti o olsaydı, bu müharibə baş verməzdi.

Tramp öz administrasiyasının yeddi münaqişəni həll etdiyini xatırladaraq deyib ki, həmin münaqişələrin çoxu həll olunmaz hesab edilirdi. ABŞ lideri yaxın vaxtlarda yaxşı xəbərlər ola biləcəyinə ümid etdiyini söyləyib, eyni zamanda, müharibənin ABŞ-a təsir etmədiyini vurğulayıb. Lakin o, Ukrayna müharibəsini həll etməyi öz öhdəliyi hesab etdiyini də bildirib.

Xəbər lenti

Xəbər lenti