...

Premyer Liqada Vitor Pereyra ilə müqavilə uzadıldı

İdman Materials 19 Sentyabr 2025 02:38 (UTC +04:00)
Premyer Liqada Vitor Pereyra ilə müqavilə uzadıldı

Bakı. Trend:

"Vulverhempton” baş məşqçisi Vitor Pereyra ilə müqaviləsini 3 il müddətinə uzadıb.

Trend xəbər verir ki, portuqaliyalı mütəxəssis komandaya 2024-cü ilin dekabrından rəhbərlik edir. Ötən mövsümdə onun rəhbərliyi altında komanda Premyer Liqada 19-cu yerdən 16-cı pilləyə qalxıb, Pereyra isə mövsümün ən yaxşı məşqçisi mükafatına namizəd göstərilib.

Qeyd edək ki, cari Premyer Liqanın ilk 4 turunda komanda 4 məğlubiyyət alıb – “Mançester Siti”yə (0:4), “Bornmut”a (0:1), “Everton”a (2:3) və “Nyukasl”a (0:1). Klub hazırda sonuncu pillədədir.

Xəbər lenti

Xəbər lenti