...

Magistraturaya qəbul üzrə əlavə müsabiqədə 804 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib - DİM

Cəmiyyət Materials 19 Sentyabr 2025 09:36 (UTC +04:00)
Magistraturaya qəbul üzrə əlavə müsabiqədə 804 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib - DİM
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdır.

Trend xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 804 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilmişdir. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti