Bakı. Trend:
Konstitusiya Məhkəməsinin fəaliyyətini Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əlaqələndirirəm.
Trend xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev parlamentdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.
Sədr bildirib ki, 1995-ci il Konstitusiyasında ilk dəfə bu anlayışdan istifadə edilib:
“Daha sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Müxtəlif dövlətlərin Konstitusiya Məhkəmələrinin həm təcrübəsi, həm də səlahiyyətləri, hüquqları bir-birindən fərlənir. Lakin ümumi məqsəd və məram var. Bu da Konstitusiyasının qorunmasına yönəlib”.
F.Abdullayev əlavə edib ki, Konstitusiya Məhkəməsi bir neçə mərhələdən keçib:
“Hüquq cəmiyyətlə paralel inkişafdadır. Məhkəmənin 2002-ci ildə referendumla əlavə səlahiyyətlər əldə etməsi dövlət üçün çox böyük əhəmiyyət kəsb edir”.