...

Hazırda 600 mindən çox şagird ikinci sinifdən rəqəmsal bacarıqlara yiyələnir - Nazir müavini

Cəmiyyət Materials 9 Dekabr 2025 11:45 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda hazırda 600 mindən çox şagird ikinci sinifdən rəqəmsal bacarıqlara yiyələnir.

Trend xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli bu gün Bakıda keçiriIən "Əqli mülkiyyət və süni intellekt" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nazirlik yaradıcı gənclərin hazırlanması istiqamətində fəaliyyətini davam etdirir:
"Süni intellekt təhsildə də vacib rol oyanır. Biz inanırıq ki, həqiqətən fundamental bacarıqlar ən önəmli nailiyyətimizdir. Artıq 300 min şagird məktəblərdə layihə əsaslı iş, komanda şəkildə iş və öz yeni ixtiraları üzərində çalışırlar".

Həsən Həsənli qeyd edib ki, görülən işlər çərçivəsində həmin şagirdlərin həm iqtisadiyyatın tələblərinə uyğun, həm də cəmiyyətin ehtiyaclarına uyğun mütəxəssis kimi yetişməsi üçün fundamental bilikləri olacaq:

"Eyni zamanda ən bacaraqlı şagirdlərimiz üçün müxtəlif müsabiqələr, olimpiyadalar keçirilir. Burada ən istedadlı gəncləri seçib düzgün yönləndirmək imkanı yaradır. Süni intellekt müəllimlər üçün bu alətlərdən istifadə edərək dərslərin metodolji planını hazırlamağa və prosesdə təkcə müşahidəçi yox, həm də iştirakçı olmağa fürsət yaradır. Əqli mülkiyyətdən danışırıqsa, yaradıcı ideyanın çox həssas bir məhfum olduğunu nəzərə almalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti