...

Nazirlər Kabinetinin Milli Məclisə hesabat verməsi ilə bağlı yeni QƏRAR

Cəmiyyət Materials 9 Dekabr 2025 12:03 (UTC +04:00)
Nazirlər Kabinetinin Milli Məclisə hesabat verməsi ilə bağlı yeni QƏRAR
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verəcəyi tarixdə dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Nazirlər Kabineti hər il Milli Məclisinin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

Layihəyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

Konstitusiya qanununun layihəsi müzakirələrdən sonra 2-ci səsvermədə qəbul olunub. 1-ci səsəvermə Milli Məclisin 2025-ci il yaz sessiyasında keçirilib.

“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunda da analoji dəyişiklik təklif edilib.

Qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti