...

İƏT ölkələri "Bakı Yaradıcı Həftə"sində oyun ekosistemlərinin gələcəyini müzakirə ediblər (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2025 11:50 (UTC +04:00)
İƏT ölkələri "Bakı Yaradıcı Həftə"sində oyun ekosistemlərinin gələcəyini müzakirə ediblər (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Mədəni və Kreativ Sənayelər Forumunun (MYFORUM) “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025” çərçivəsində “GameTech” proqramı platformasında İƏT ölkələrində oyun sənayesinin inkişafına həsr olunmuş GHUB panel sessiyası keçirilib.

Trend xəbər verir ki, diskussiya sessiyası cari tendensiyaların təhlili və beynəlxalq əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün bir platforma olub .

Panel müzakirələrində Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə ekspertləri iştirak ediblər və hər biri öz ölkəsinin oyun ekosisteminə dair ətraflı təqdimatla çıxış edib. Spikerlər bazarın vəziyyəti, inkişafın yeni mərhələləri, dövlət dəstəyi tədbirləri, həmçinin özəl sektorun artıq müasir sənaye trendlərini formalaşdıran təşəbbüsləri barədə məlumat veriblər.

İştirakçılar xüsusilə əməkdaşlıq məsələlərinə diqqət yetiriblər. Görüşdə birgə layihə qruplarının yaradılması, klaster modellərinin qurulması və regional təcrübə mübadiləsinin genişləndirilməsi ideyaları müzakirə olunub. Ekspertlər uğurlu təşəbbüslərə konkret nümunələr gətirərək, bu təcrübələrin İƏT-in müxtəlif ölkələrinə necə uyğunlaşdırıla biləcəyini müzakirə ediblər.

Eyni zamanda, oyun sənayesi üçün kadr hazırlığına yönəlmiş təhsil proqramları və yeni yanaşmalar da gündəmə gətirilib – bu, sahənin davamlı inkişafı üçün əsas amillərdən biri hesab olunur. Spikerlər qeyd ediblər ki, gənclərin oyun inkişafına marağı artır və bu, müasir məktəblərə, akseleratorlara və inkubatorlara tələb yaradır.

Diskussiyalar zamanı iştirakçılar oyun sahəsində əməkdaşlığın genişləndirilməsi üçün hansı addımların atılmasının zəruri olduğunu ümumi şəkildə müəyyənləşdiriblər. GHUB paneli yalnız bilik mübadiləsi üçün bir məkan olmaqla kifayətlənməyib, həm də İƏT ölkələrinin qlobal oyun xəritəsində mövqelərini gücləndirəcək gələcək birgə təşəbbüslərin başlanğıc nöqtəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti