...

"AI" ilə lokal turizm axını analitikası kimi texnoloji istiqamətlərin genişlənməsini gözləyirik - Rüfət Mahmud

Cəmiyyət Materials 9 Dekabr 2025 12:11 (UTC +04:00)
"AI" ilə lokal turizm axını analitikası kimi texnoloji istiqamətlərin genişlənməsini gözləyirik - Rüfət Mahmud
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İçərişəhərdə "AI" ilə işləyən yaradıcı studiyalar, rəqəmsal muzey və virtual eksponatlar, mədəni irs üçün proaktiv monitorinq sistemləri, sənətkar üçün intellektual mülkiyyət reyestri, "AI" ilə lokal turizm axını analitikası kimi texnoloji istiqamətlərin genişlənməsini gözləyirik.

Trend xəbər verir ki, bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud bu gün Bakıda "Əqli mülkiyyət və süni intellekt" mövzusunda keçiriIən beynəlxalq konfransda çıxışında deyib.

Onun sözlərinə görə, süni intellekt əsərinin kimə məxsus olması, yaradıcı məhsulun patentləşdirilməsi, rəqəmsal mirasın qorunması – bunlar artıq gələcək yox, bugünkü suallardır:

"Dünyanın ən qədim şəhərlərindən biri olan İçəri Şəhərdə yeni texnoloji model və innovasiya ekosistemi formalaşır. Patent və süni intellekt İçəri Şəhər üçün niyə vacibdir? Çünki bu məkan yalnız bir divarlar deyil, yaşayan mədəniyyət, düşüncə və yaradıcılıq mərkəzidir. Yaxın illərdə biz İçərişəhərdə "AI" ilə işləyən yaradıcı studiyalar, rəqəmsal muzey və virtual eksponatlar, mədəni irs üçün proaktiv monitoring sistemləri, sənətkar üçün intellektual mülkiyyət reyestri, "AI" ilə lokal turizm axını analitikası kimi texnoloji istiqamətlərin genişlənməsini gözləyirik. Bu inkişaf isə hüquqi mühit olmadan mümkün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti