Bakı. Trend:
2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri isə 48.8 milyard manat proqnoz olunur.
Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, icmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 2,9%-dir:
“Makroiqtisadi proqnozlara əsasən 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5.0%-lik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur”.
