...

Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən sığortalıların müəyyən olunması qaydası təsdiqlənəcək

Cəmiyyət Materials 9 Dekabr 2025 11:36 (UTC +04:00)
Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən sığortalıların müəyyən olunması qaydası təsdiqlənəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Tibbi sığorta haqqında” Qanuna təklif edilən norma qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin sığortalı qismində özlərinin çıxış etməsini nəzərdə tutur.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri vurğulayıb ki, bu sahədə münasibətlərin daha aydın və obyektiv tənzimlənməsi üçün qeyri-formal məşğulluğun təsir dairəsinə düşən sığortalıların müəyyən edilməsi qaydasının müvafiq səlahiyyətli orqan tərəfindən təsdiq edilməsi zəruri hesab olunur.

“Belə bir qaydanın olması bu kateqoriyaya daxil olan şəxslərin obyektiv meyarlarla, hüquqi müəyyənlik şəraitində və eyni yanaşma əsasında dəqiqləşdirilməsinə imkan verəcək”, - deyə A.Əmiraslanov qeyd edib.

Təkliflər müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti