...

“Konstitusiya və Suverenlik İli”nin elan olunması yerində verilən bir qərardır – Ziyafət Əsgərov

Siyasət Materials 19 Sentyabr 2025 10:19 (UTC +04:00)
“Konstitusiya və Suverenlik İli”nin elan olunması yerində verilən bir qərardır – Ziyafət Əsgərov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Konstitusiya və Suverenlik İli”nin elan olunması yerində verilən bir qərardır. Mən bununla bağlı Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov parlamentdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.

Sədr müavini bildirib ki, Azərbaycan Konstitusiyasının məqsədi insanlarımızın hüquq və azadlıqlarının ali sənəddə təsbiq olunması və onun müdafiə olunmasıdır:

“Azərbaycanda hakimiyyətin və suverenliyin mənbəyi xalqdır. Azərbaycanın bəzi əraziləri erməni işğalı altında idi. Həmin ərazilərdə Azərbaycan konstitusiyası işləmirdi. 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində separatizmə son qoyuldu və Azərbaycan suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan həm daxili, həm də xarici siyasətində tam suverendir”.

Xəbər lenti

Xəbər lenti