...

Lənkəranda faciə: avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb

Hadisə Materials 19 Sentyabr 2025 09:32 (UTC +04:00)
Lənkəranda faciə: avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil kənddə məktəbə gedən 2014-cü il təvəllüdlü Ramid Əliyev və onun bacısı, 2017-ci il təvəllüdlü Gülay Əlizadəni vurub.

Yaralılar ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki şəxs xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti