...

Ağsuda narkotiklərin satışını təşkil edən şəxs tutulub (VİDEO)

Hadisə Materials 19 Sentyabr 2025 09:15 (UTC +04:00)
Ağsuda narkotiklərin satışını təşkil edən şəxs tutulub (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş 47 yaşlı Nazim İsmayılov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, ondan marixuana aşkar olunub.

Araşdırmalarla saxlanılan şəxsin narkotiki satış məqsədilə üzərində daşıdığı müəyyən edilib. Məhkəmənin qərarı ilə N.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı daha 2 nəfər saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti