Bakı. Trend:
Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.
Trendxəbər verir ki, "Rodin Motorsport"dan komandasından Alexander Dunne ən yaxşı nəticəni göstərib.
"Dams Lukas Oil"dən Jak Cravford ikinci, "Hıtech TGR"dən Dino Beqanoviç üçüncü olub.
Bu gün ikinci dərəcəli pilotların yarışında sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
10:55
xxx
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.
Trend xəbər verir ki, yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.
Saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.