Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycana iki ölkədən – Rusiya və Türkmənistandan 33,9 milyon ABŞ dolları dəyərində 221,6 milyon kubmetr həcmində təbii qaz (qaz halında) idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə ölkəyə təbii qazın idxal dəyəri 39,1 milyon ABŞ dolları və ya 2,1 dəfə, idxal həcmi isə 232,7 min kubmetr və yaxud 2 dəfə azalıb.
Cari ilin ilk 7 ayında Azərbaycanın təbii qaz aldığı ölkələrin siyahısı:
Ölkələr |
Miqdarı (min kubmetr) |
Məbləği (min ABŞ dolları) |
Rusiya |
21241,81 |
3929,73 |
Türkmənistan |
200351,38 |
30052,71 |
Eyni zamanda 2025-ci ilin ilk yeddi ayında Azərbaycandan 6 ölkəyə – Gürcüstan, Serbiya, Türkiyə, Bolqarıstan, İtaliya və Yunanıstana 5,3 milyard ABŞ dolları dəyərində 14,4 milyard kubmetr həcmində təbii qaz (qaz halında) ixrac edilib.
Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 10,8%, həcm baxımından isə 564,3 milyon kubmetr və yaxud 4,1% çoxdur.
Cari ilin ilk 7 ayında Azərbaycanın təbii qaz satdığı ölkələrin siyahısı:
Ölkələr |
Miqdarı (min kubmetr) |
Məbləği (min ABŞ dolları) |
Gürcüstan |
1434432,82 |
159560,88 |
Serbiya |
180175,11 |
101115,77 |
Türkiyə |
5791636,18 |
1594639,24 |
Bolqarıstan |
1049216,81 |
392048,6 |
İtaliya |
5433782,67 |
2743655,96 |
Yunanıstan |
520451,44 |
278092,26 |
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 29,246 milyard kubmetr təbii qaz istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 211,1 milyon kub metr və ya 0,7% azdır.
Dövr ərzində təbii qaz hasilatının 22,5 milyard kub metrini əmtəəlik qaz təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 40,1 min kubmetr və ya 0,2% çoxdur.