...

Neftin qiymətinin aşağı düşməsi Rusiya-Ukrayna münaqişəsinə son qoya bilər - Tramp

Dünya xəbərləri Materials 19 Sentyabr 2025 07:38 (UTC +04:00)
Neftin qiymətinin aşağı düşməsi Rusiya-Ukrayna münaqişəsinə son qoya bilər - Tramp

Bakı. Trend:

Neftin qiymətinin aşağı düşməsi Rusiya-Ukrayna münaqişəsinə son qoya bilər.

Trend xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

ABŞ liderinin fikrincə, neftin qiyməti aşağı düşərsə, Rusiya rəhbərliyinin müharibədən çıxmaqdan başqa seçimi qalmayacaq.

Tramp, həmçinin bəzi Avropa ölkələrinin Rusiyadan neft almasından məyus olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti