...

Britaniya kəşfiyyatı Rusiyada casus cəlb etmək üçün portal yaradıb

Dünya xəbərləri Materials 19 Sentyabr 2025 11:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın xarici kəşfiyyat agentliyi "MI6" yeni “Silent Courier” adlı “dark web” portalını işə salıb. Portal casusların cəlb olunması məqsədi daşıyır və əsasən Rusiyada, eləcə də dünyanın müxtəlif yerlərində olan potensial agentlərə yönəlib.

Trend bu barədə Britaniya KİV-ə istinadla xəbər verir.

Təhlükəsiz mesajlaşma platforması kadrların “verbovkası” prosesini daha səmərəli edərək milli təhlükəsizliyi gücləndirməyi hədəfləyir. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi ölkənin qlobal kadr toplama təşəbbüsünü təsdiqləyib.

“Dünya səviyyəli kəşfiyyat agentliklərimiz bu çağırışın ön cəbhəsindədir, arxa planda işləyərək Britaniya xalqının təhlükəsizliyini qoruyurlar. İndi isə onların səylərini ən müasir texnologiya ilə gücləndiririk ki, MI6 Böyük Britaniya üçün – Rusiyada və dünyanın hər yerində – yeni casuslar cəlb edə bilsin”,-deyə Britaniya xarici işlər naziri Yvette Kuper bildirib.

Terrorçuluq və ya düşmən kəşfiyyat fəaliyyəti ilə bağlı məxfi məlumatı Böyük Britaniya ilə təhlükəsiz şəkildə paylaşmaq istəyənlər cümə günündən etibarən bu portala daxil ola biləcəklər.

Portalın istifadəsinə dair təlimatlar MI6-nın təsdiqlənmiş YouTube kanalında açıq şəkildə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti