Bakı. Trend:
“Qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin Siyahısı”nda dəyişiklik edilib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlərin qiyməti dövlət tərəfindən tənzimlənməyəcək.