...

Trampın helikopteri Britaniyada məcburi eniş edib

Dünya xəbərləri Materials 19 Sentyabr 2025 17:55 (UTC +04:00)
Trampın helikopteri Britaniyada məcburi eniş edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı Melaniya Londonun Stansted aeroportuna yollanan zaman başqa helikopterə minməli olublar.

Trend bu barədə Britaniya KİV-ə istinadən xəbər verir.

Ağ Evin mətbuat katibi Karolin Livitt insidentin helikopterin “hidravlik sistemi ilə bağlı kiçik problemlə” əlaqədar oldğunu bildirib.

Helikopter Lutonda məcburi eniş etməli olub. Orada Ağ Ev rəhbərini və birinci xanımı fövqəladə xidmətlər qarşılayıb, lakin hər şey qaydasında olub və heç kim xəsarət almayıb.

Livitt qeyd edib ki, məcburi eniş qərarı “xüsusi ehtiyat tədbiri kimi” qəbul olunub. O əlavə edib ki, insidentdən sonra Amerika prezidenti “uğurla ehtiyat helikopterinə minib” və yolunu Stensted aeroportuna davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti