...

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Cəmiyyət Materials 19 Sentyabr 2025 14:17 (UTC +04:00)
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Trend xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın 21-dək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti