...

"Formula-1" kateqoriyasında ikinci sərbəst yürüş başa çatıb (YENİLƏNİB)

İdman Materials 19 Sentyabr 2025 17:02 (UTC +04:00)
"Formula-1" kateqoriyasında ikinci sərbəst yürüş başa çatıb (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda təşkil olunan "Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Trend xəbər verir ki, "Ferrari" pilotu Lyuis Hemilton ən yaxşı nəticəni göstərib.

Onun komanda yoldaşı Şarl Lekler ikinci, "Mercedes"dən Corc Russell üçüncü olub.

Daha əvvəl ilk sərbəst yürüşdə "Maklaren" pilotu Lando Norris birinci sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

xxx

16:33

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşündə qəza baş verib.

Trend xəbər verir ki, "Ferrari”nin monakolu sürücüsü Şarl Leklerin bolidi təhlükəsizlik maneəsinə çırpılıb və qırmızı bayraq qaldırılıb.

Onun bolidi trasdan kənarlaşdırılıb.

xxx

16:02

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüşə start verilib.

Trend xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparır.

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.

İlk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris birinci olub.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti