Bakı. Trend:
Britaniya hökuməti Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib. Belə ki, “qara siyahıya” əlavə iki fiziki şəxsi və iki şirkətin adları daxil edilib.
Trend bu barədə Britaniyanın maliyyə nazirliyinin saytına istinadən xəbər verir.
Məlumata görə, yeni məhdudlaşdırıcı ölçülər Rusiyanın “Aeza Group” IT şirkəti və “HeliCo Group” helikopter şirkətinə qarşı tətbiq olunub.
Bundan başqa, sanksiyaların siyahısına gürcü əsilli biznesmen Levan Vasadze və Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladzenin adları əlavə olunub. Onlar Rusiyanın Ukraynaya qarşı fəaliyyətini dəstəkləməkdə ittiham olunurlar.
Sanksiyalarda onların Böyük Britaniya ərazisinə daxil olmasının qadağan edilməsi və onların Britaniya banklarında olan aktivlərinin dondurulması nəzərdə tutulur.