...

Səudiyyə Ərəbistanından Azərbaycana pul köçürmələri 35%-dən çox artıb

İqtisadiyyat Materials 19 Sentyabr 2025 15:22 (UTC +04:00)
Səudiyyə Ərəbistanından Azərbaycana pul köçürmələri 35%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci yarımilində Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 12,683 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,311 milyon ABŞ dolları və ya 35,3% çoxdur.

Məlumata görə hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Səudiyyə Ərəbistanının payı 2,4% təşkil edib. Bununla da sözügedən ölkə dövr ərzində Azərbaycana ən çox pul daxilolmaları üzrə 7-ci pillədə qərarlaşıb.

2024-cü ilin birinci yarımilində Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,372 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəki göstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti