...

Lukaşenko gəncləri “kilsəyə qovmamağa” çağırıb

Dünya xəbərləri Materials 19 Sentyabr 2025 16:16 (UTC +04:00)
Lukaşenko gəncləri “kilsəyə qovmamağa” çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gəncləri kilsəyə qovmaq lazım deyil.

Trend xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko yerli dini xadimlərlə görüş zamanı deyib.

Lukaşenko gənclər arasında dini məlumatlandırmanın vacib olduğunu bildirsə də, onların kilsəyə getməyə vadar edilməsini düzgün saymır.

“Heç kəsi qovmaq lazım deyil, amma kilsədə elə şərait yaratmaq lazımdır ki, gənclər ora gəlsinlər. Axı biz onları dəyişdirə bilməyəcəyik. Ona görə də haradasa bir az uyğunlaşmaq lazımdır ki, insanlar bizim olsun, kilsədə olsunlar”,- deyə Lukaşenko bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti