...

Hazırda ölkədə epidemioloji durum sabitdir - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 18 Sentyabr 2025 17:29 (UTC +04:00)
Hazırda ölkədə epidemioloji durum sabitdir - Səhiyyə Nazirliyi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda, hələ ki, yoluxma hallarında artımlar müşahidə olunmur və epidemioloji durum sabitdir.

Bu sözləri Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, havaların soyuması ilə əlaqədar fəsli qrip və digər kəskin respirator virus infeksiyalarının yayılması üçün əlverişli şərait yaranır:

"Bu tip infeksiyalar əsasən hava-damcı yolu ilə, az hallarda isə təmas yolu ilə yayılırlar. Soyuq günlərdə uşaq bağçalarında, orta və ali təhsil müəssisələrində və həmçinin iş yerlərində insanların qapalı məkanlarda toplanması yaxın təmasların sayını xeyli artırır, otaqlar daha az havalandırılır, dəyişkən havada geyimin seçilməsinin çətinləçməsi və insan immunitetinin fəsli olaraq nisbətən zəifləməsi hava-damcı yolu ilə yayılan infeksiyaların artmasına səbəb olan faktorlardır. Bu hal hər il təkrar olunur və epidemioloji qanunauyğunluqdur. Hazırda, hələ ki, yoluxma hallarında artımlar müşahidə olunmur və epidemioloji durum sabitdir".

Onun sözlərinə görə, bu infeksiyalardan qorunma yolları universaldır və respirator, əl gigiyenası qaydalarına əməl olunmasını özündə ehtiva edir.

"Bundan əlavə immunitetin normal saxlanması üçün sağlam həyat tərzinə diqqət etmək, vitaminli meyvə tərəvəz qəbuluna üstünlük verməklə düzgün qidalanma, yuxu rejimini pozmamalı, mümkün qədər açıq havada çox gəzmək lazımdır. Xəstə uşaqları məktəb və bağçaya göndərməmək tövsiyə olunur. Evlərdə və qapalı məkanlarda otaqlar tez-tez havalandırılmalıdır.

Spesifik qorunma yolu kimi hər il mövsümi qripə qarşı vaksinasiyadır ki, xüsusən də həssas əhali qruplarına (yaşlılar, xroniki xəstəlikləri olanlar, uşaqlar və s.) ciddi tövsiyə olunur",- Təyyar Eyvazov əlavə edib .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti