Bakı. Trend:
Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.
Trend-in məlumatına görə, yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kiloqram) bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb. Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin kapitanı dünya üçüncüsü olub.
Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) Eldəniz bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.