...

Azərbaycan Qran-Prisinin ikinci günündə hansı yarışlar olacaq?

İdman Materials 20 Sentyabr 2025 09:00 (UTC +04:00)
Azərbaycan Qran-Prisinin ikinci günündə hansı yarışlar olacaq?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start veriləcək.

Trend xəbər verir ki, bu gün Formula 1 üzrə üçüncü sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışları keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Qran-Prisinin birinci günündə Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sərbəst yürüş və sıralanma yarışları təşkil olunub.

Yarışlarda müvafiq olaraq, Lando Norris (“McLaren”), Luis Hamilton (“Ferrari"), Aleks Dunne (“Rodin”), Cek Krauford (“DAMS”) qalib olublar.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti