Bakı. Trend:
Pekin "TikTok" platforması ilə bağlı Çin-ABŞ qərarının bazar qaydalarına və hər iki tərəf arasında maraqlar balansına əsaslanacağına ümid edir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib.
"Çinin TikTok-la bağlı mövqeyi aydındır: Çin hökuməti şirkətlərin istəklərinə hörmətlə yanaşır və onların Çin qanun və qaydalarına uyğun və maraqlar balansını təmin edən həll yolu tapmaq üçün bazar qaydaları əsasında kommersiya danışıqları aparmaq istəyini alqışlayır", - deyə Çinin sədri qeyd edib.
Si Cinpin əlavə edib ki, Pekin ümid edir ki, Vaşinqton Çin şirkətlərinin ABŞ-yə sərmayə yatırmaq üçün açıq, ədalətli və ayrı-seçkilikdən uzaq biznes mühiti təmin edəcək.