Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın maliyyənin kəsilməsi halında sülhməramlı missiyaları azaltmaq üçün təcili tədbirlər hazırladığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
"Quterreş BMT-nin bu missiyalar üçün maliyyə almadığı təqdirdə bütün dünyada sülhməramlı əməliyyatları azaltmaq üçün fövqəladə tədbirlər hazırladığını bildirib", - deyə agentlik A.Quterreşin "Bloomberg Television" televiziyasına müsahibəsindən sitat gətirib.
BMT-nin baş katibinin sözlərinə görə, sülhməramlı qüvvələr çox vaxt terrorçu qrupların olduğu yerlərdə olur, lakin sülhü qorumaq üçün heç bir şərait yoxdur.
O, həmçinin sentyabrın 22-dən 30-dək Nyu-Yorkda keçiriləcək təşkilatın Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində ABŞ prezidenti Donald Trampla görüşmək planlarını açıqlayıb.