...

Türkiyənin Antalya vilayətində güclü meşə yanğını: turistlər otellərdən təxliyə olunur

Dünya xəbərləri Materials 20 Sentyabr 2025 09:26 (UTC +04:00)
Türkiyənin Antalya vilayətində güclü meşə yanğını: turistlər otellərdən təxliyə olunur
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Antaliya vilayətində meydana gələn meşə yanğını ilə əlaqədar Belek şəhərində yanğın ocağına yaxın yerləşən otellərdən turistlər təxliyə olunur.

Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.

“Bələkdə yanğın meydana gəlib! Otellərdən insanlar təxliyə olunur”, - “Antalya Haqqında” portalının “X” səhifəsində qeyd olunub.

Qeyd edək ki, ötən gün Alanya və Muratpaşadakı meşə yanğınlarının ardından Kundu ilə Bələk arasında yerləşən ərazidə də yanğın baş verib.

Əraziyə Antalya bələdiyyəsinin yanğınsöndürənləri və yerli meşə idarəsinin çox sayda əməkdaşı səfərbər olunub. Yanğının söndürülməsi üçün tədbirlər davam etdiyi bir vaxtda, küləyin şiddətlənməsi alovun daha geniş yayılma riskini artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti