...

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

Cəmiyyət Materials 20 Sentyabr 2025 10:01 (UTC +04:00)
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün - sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, bu əlamətdar gün bu gün Xankəndi şəhərində təmtəraqlı şəkildə qeyd olunur.

Trend xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə axşam saatlarında şəhərdə konsert keçiriləcək.

Monitorlarda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinın “Xankəndi, Ağdərə və Xocalı şəhəri günü”nə dair hazırladığı videoçarx da nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti